reklam
FİFA açıqladı: Millimiz mövqeyini qorudu

FİFA açıqladı: Millimiz mövqeyini qorudu

TARIX /

FIFA futbol üzrə milli komandaların 2016-cı ildə son reytinq siyahısını açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, Azərbaycan millisinin mövqeyində ötən ayla müqayisədə heç bir dəyişiklik baş verməyib.

Aktivində 386 xal olan Robert Prosineçkinin baş məşqçi olduğu komanda 90-cı pillədə qərarlaşıb. Qeyd edək ki, siyahının ilk 28 pilləsində dəyişiklik baş verməyib. Türkiyə 851 xalla 24-cü pillədə qalsa da, Argentina 1634 xalla 1-ci, Braziliya 1544 xalla 2-ci pillədəki mövqeyini möhkəmlədib.