reklam
Emin Mahmudov: "İspaniya La Liqası oyun tərzimə çox yaxındır"

“Hələ iki il öncə Azərbaycan millisində oynamaq istəyirdim. Qərarı verməzdən əvvəl çox düşündüm”.

Bu sözlər millimizin üzvü Emin Mahmudova məxsusdu. “Sovetski Sport”a açıqlama verən yarımmüdafiəçi bildirib ki, Portuqaliyada oynamaq özü üçün çox əhəmiyyətlidir:

“Rusiyada legioner kimi oynamaq istəmirdim. Ona görə də Portuqaliyaya üz tutdum. Məncə, düzgün qərar qəbul etmişəm”.

Mahmudov bildirib ki, ona Portuqaliyada iki klub təklif olunub:

“Agentim bildirdi ki, “Boavişta” daha uyğun seçimdi. Mən də razılıq verdim. Başqa bir ölkədən də sərfəli təklif var idi. Ancaq Portuqaliya çempionatı daha yaxşıdır”.

Emin Mahmudov “Krlya Sovetov”dan ayrılma səbəbini da açıqlayıb:

“Krılya Sovetov”da məşqçim mənə etimad göstərmirdi. Mənim də gözləmək niyyətim yox idi. Ona görə də klub rəhbərliyinə ayrılmaq istədiyimi dedim. Həmçinin,Portuqalya klublarının futbolçu almağa pulları yoxdur. Digər tərəfdən həmin vaxt mən Azərbaycan pasportu aldığım üçün artıq Rusiyada legioner sayılırdım".

Yarımmüdafiəçi Rusiyaya qayıtmaq niyyətinin olmadığını da deyib:

"Uzun müddət Avropada oynamaq istəyirəm. Daha səviyyəli çempionatda çıxış etmək istərdim. İngiltərə Premyer Liqasını çox bəyənirəm. Amma İngiltərədə oynamaq mənə ağır olar. İspaniya La Liqası oyun tərzimə çox yaxındır".