reklam
"Qarabağ"ın Antalyada qarşılaşacağı komandaların adları müəyyənləşdi

Ölkə kubokunun ¼ final mərhələsində “Sumqayıt”la oyundan sonra istirahətə buraxılan “Qarabağ”ın təlim-məşq toplanışının vaxtı müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, komanda Premyer Liqanın III dövrənin hazırlıqlarına Antalyada start verəcək. Yanvarın 5-də səfərə yollanacaq “Qarabağ”  “IC Santaı” otelində məskunlaşacaq. Komanda bu müddətdə 4 yoxlama oyunu keçirməyi planlaşdırır.

Komandanın yoxlama oyunlarının proqramı belədir:

15 yanvar 2017

17:00. “Qarabağ” – “Aşqabad” (Türkmənistan)

18 yanvar 2017

18:00. “Qarabağ” – “Styaua” (Buxarest)

22 yanvar 2017

15:30. “Qarabağ” – “Atırau” (Qazaxıstan)

17:30. “Qarabağ” – “Termalitse” (Polşa)