reklam

Ukrayna millisinin üzvü "Şəmkir"də

TARIX /

Premyer Liqaya çıxmağı hədəfləyən “Şəmkir” klubu növbəti transferini gerçəkləşdirib.

İdmanxeber.com-un məlumatına görə, komanda bu dəfə ukraynalı futbolçu Artem Yesaulovla müqavilə imzalayıb. Yarımmüdafiəçi “Metallurq” Donetsk klubunun 19 yaşlılarında oynayıb. “Stal”ın əvəzedici komandasından trasfer edilən Artem Yesaulov Ukraynanın U-16, U-17 millilərinin də şərəfini qoruyub.

Xatırladaq ki, komanda daha öncə “Turan” Tovuzdan Vusal Qarayev, “Şərurspor”dan Fərmayıl Əliyev, “Qaradağ” Lökbatandan Cəmil Rəhimlini, “Zirə”dən isə İsa Cəbiyevlə Cəmil Havıyevi də heyətinə qatmışdı.