reklam
"Zirə"də Adil Şükürov istefaya göndərildi, yenə baş məşqçi müəyyənləşdi

“Zirə” rəhbərliyi və baş məşqçi Adil Şükürovun iştirakı ilə klubdaxili iclas keçirilib.


İdmanxeber.com-un məlumatına görə, müzakirələr nəticəsində Premyer Liqanın ilk iki dövrəsi və Azərbaycan Kuboku uğrunda yarışda qeydə alınan nəticələr nəzərə alınaraq, komandada məşqçi dəyişikliyinin olması haqda qərar qəbul edilib. Qarşılıqlı razılaşma əsasında Adil Şükürov baş məşqçi vəzifəsindən ayrılıb. Premyer Liqada hazırki gərgin vəziyyət nəzərə alınaraq, bu vəzifə mövsümün sonuna qədər komandanı yaxından tanıyan, klub strategiyasına bələd olan Ayxan Abbasova həvalə olunub. Ötən mövsüm əsas komandada məşqçi olan Ayxan Abbasov cari mövsümün əvvəlindən əvəzedici komandamızın baş məşqçisi vəzifəsində çalışıb. Klub rəhbərliyi mövsümün sonunda əldə olunacaq nəticələrə əsasən, baş məşqçi məsələsinə yenidən baxacaq. Adil Şükürov bundan sonra da klubumuzda fəaliyyətini davam etdirəcək. Onun komandamızın həm formalaşmasında, həm də Premyer Liqada ilk mövsümdəcə gümüş medalları qazanmasında böyük əməyi keçib. Klub rəhbərliyi bu dəyişiklikdən sonra da Adil Şükürovun xidmətindən yararlanmaq niyyətindədir. Belə ki, mütəxəssis bundan sonra Akademiyanın koordinatoru vəzifəsində çalışacaq.