reklam
Reynaldo "Qarabağ"da qalacaq

Reynaldo "Qarabağ"da qalacaq

TARIX /

Son günlər "Qarabağ"ın braziliyalı futbolçusu Reynaldo Ağdam klubundan ayrılıb "Neftçi"yə keçəcəyi ilə bağlı müxtəlif fikirlər səslənir. Məlumata görə, futbolçuya Çin və ərəb ölkələrinin klublarından da təkliflər var.

İdmanxebr.com-un məlumatına görə, bununla  bağlı "CBC Sport"a açıqlama verən "Qarabağ" klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məsələyə aydınlıq gətirib. Onun sözlərinə görə, Reyanldonun "Qarabağ"la 2018-ci ilədək müqaviləsi var və braziliyalının klubdan ayrılması gündəmdə deyil.