reklam

"Kəpəz" hazırlıq üçün Gəncəni seçdi

TARIX /

Qış fasiləsinə çıxan “Kəpəz”in əvəzedici heyətinin hazırlıq planı müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, komanda gələn il yanvarın 5-də yığışacaq. “Sarı-göylər” ayın 10-dan təlim-məşq toplanışına start verəcəklər. Gəncə şəhər stadionunda təşkil olunacaq bir həftəlik toplanış müddətində futbolçular gündə iki dəfə məşq edəcək.

“Kəpəz” hazırlıq dövründə üç yoxlama oyunu keçirəcək. Məşqçilər korpusu qərb regionunda olan birinci divizion klubları ilə qarşılaşmağı planlaşdırıb.