reklam
Premyer Liqamızda "qış bazarlığı": Kim gəlir, kim gedir? (YENİLƏNİR)

Azərbaycan Premyer Liqasında 2016/2017 mövsümündə qış fasiləsi start götürüb.

Topaz Premyer Liqasında çıxış edən 7 komanda transfer dönəmində heyətini gücləndirməyə başlayıb. UEFA tərəfindən “İnter”ə transfer qadağası qoyulduğundan, “bankirlər” heyətlərinə yeni oyunçu cəlb edə bilməzlər.

İdmanxeber.com saytı olaraq bu transfer dönəmində də rəsmi keçidlərlə sizi anbaan yaxından tanış edəcəyik:

“Qarabağ”

Gələn: Elşən Abdullayev (“Neftçi”), Ağabala Ramazanov ("İnter")

Gedən: Namiq Ələsgərov (“Neftçi”), Emin Balayev ("Səbail")

“Qəbələ”

Gələn: Araz Abdullayev

Gedən: Yoxdu

Müqavilə müddətini artıran: Dmitri Bezotosnı

“İnter”

Gələn: Yoxdu

Gedən: Ağabala Ramazanov, Ruslan Abışov

“Sumqayıt”

Gələn: Yoxdu

Gedənlər: Afşin İsmailzadə, İbrahim Abednejad, Vaqif Cavadov, Amit Quluzadə 

“Zirə”

Gələn: Ayxan Abbasov (baş məşqçi), Sadiq Quliyev ("Qəbələ")

Gedənlər: Adil Şükürov (baş məşqçi), Cəmil Hacıyev (“Şəmkir”), Yasin Həmidov, Gerhard Proqni

“Kəpəz”

Gələn: Yoxdu

Gedən: Yoxdu

“Neftçi”

Gələnlər: Namiq Ələsgərov (“Qarabağ”), Georgi Navalovski (“Veria”, Yunanıstan), Zdenex Folprext ("Slovan" Çexiya), İqnasio Herrera ("İrtış", Qazaxıstan), Kirilo Petrov, Pavel Dreksa ("Siqma", Çexiya), Ruslan Abışov ("İnter")

Gedənlər: Eltun Yaqublu (“Səbail”: icarəyə), Elşən Abdullayev (“Qarabağ”), Jonas Pesalli, Krşevan Santini, Katalin Tira, Denilson Pereyra, Dario Melnyak, Vançe Şikov, Araz Abdullayev ("Qəbələ"), Orxan Qurbanlı, Eltun Yaqublu ("Səbail", icarə)

AZAL

Gələn: Yoxdu

Gedənlər: Brayan Fok, Adan Koronado, Mirzağa Hüseynpur, David Canelidze, Tagim Novruzov, Qvanzav Maqomedov, Rəşad Əzizov