reklam
Venesuelalı futbolçu "Yuventus"da

Venesuelalı futbolçu "Yuventus"da

TARIX /

"Yuventus"un "Cenoa"dan icarə əsasında heyətinə qatdığı Tomas Rinkon artıq Turindədir.

İdmanxeber.com-un məlumatına görə, Venesuela millisinin yarımmüdafiəçisi bu gün tibbi müayinədən keçib. 28 yaşlı futbolçu 2 milyon avro qarşılığında mövsüm sonunadək "Yuventus"da oynayacaq. "Yuventus" mövsümün sonunda 7 milyon avro ödəməklə onun transfer hüquqlarına sahib çıxa bilər.

Qeyd edək ki, 2014-cü ildən "Cenoa"da çıxış edən futbolçu 77 oyuna çıxıb və 3 qol vurub.