reklam
<b><font color=red>"Feyenoord"un futbolçusu millimizdə</font></b>

"Feyenoord"un futbolçusu millimizdə

TARIX /

“Feyenoord”un U-19 və U-21 komandalarında çıxış edən Ozancan Kökcü AFFA-dan təklif alıb.

İdmanxəbər.com-un məlumatına görə, 18 yaşlı yarımmüdafiəçi yanvarın 7-də U-21 millimizin Antalyada start götürəcək təlim-məşq toplanışına dəvət edilib.

Kökcüyə Türkiyə millisindən də təklif gələcəyi gözlənilirdi. Ancaq Türkiyə Futbol Federasiyasından təklif olmadığı üçün o, Azərbaycan yığmasında oynamağa razılıq verib.

Qeyd edək ki, Kökcünün “Feyenoord”la müqaviləsi bu mövsümün sonu başa çatır. Gənc futbolçu dünən “Mançester Siti”dən təklif alıb. Onun xidmətində “Latsio” da maraqlıdır. Lakin Hollandiya klubu Kökcüylə yeni müqavilə imzalamaq istəyir.