reklam
"Səbail" Antalyaya gedir

"Səbail" Antalyaya gedir

TARIX /

Yanvarın 5-də Bakıda toplanışın ilk hissəsinə start verəcək "Səbail" ayın 13-nə qədər "Bayıl Arena"da məşqlərini davam etdirəcək.

İdmanxeber.com-un məlumatına görə, yanvarın 14-də isə "aslanlar" toplanışın ikinci hissəsi üçün Türkiyənin Antalya şəhərinə yollanacaq. Burada iki həftəlik toplanış keçəcək "Səbail"in Antalyadakı sınaqçı rəqiblərinin adı hələ ki müəyyənləşməyib.

I Divizion təmsilçisi Antalyanın Belek bölgəsindəki 5 ulduzlu "Arcadia" hotelində qalacaq.