reklam
Araz Abdullayev rəsmən "Qəbələ"də

Araz Abdullayev rəsmən "Qəbələ"də

TARIX /

“Qəbələ” qış fasiləsində ilk transferini gerçəkləşdirib.

İdmanxeber.com-un məlumatına görə, “qırmızı-qaralar” Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayevi heyətinə qatıb. 24 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Karyerası ərzində Azərbaycanda yalnız “Neftçi”nin heyətində çıxış edən Abdullayev 2008-2011 və 2012-2016-cı illərdə bu klubun formasını geyinib. 2011-12-ci illərdə müqavilə ilə İngiltərə “Everton”una məxsus olan yarımmüdafiəçi icarə əsasında 2012-ci ilin ilk yarısındə Yunanıstanın “Panionios” klubunda legioner həyatı yaşayıb.

Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında oynamış Abdullayev ölkəmizin əsas millisində 2008-ci ildə debüt edib. O, bu komandada 20 oyun keçirib.