reklam
Kamerunlu futbolçular Bakıda öldü

Kamerunlu futbolçular Bakıda öldü

TARIX /

Ötən gün Yasamal rayonu, Şamil Əzizbəyov 47 ünvanında yaşayan 5 nəfər Kamerun Respublikasının vətəndaşı – Njonyoh Nans Ekum, Nzemele Ezzambe Linus, Nikbenti Nombiye Leves, Senan Nike və Taken Pau Ata dəm qazından boğularaq ölüb.

İdmanxeber.com-un məlumatına görə, onlardan birinin tələbə, dördünün futbolçu olduğu məlum olub. Pau Taken, Nikbenti Nombiye Leves və Nzemele Ezzambe Linus həvəskarlar arasında Bakı kənd və qəsəbələrinin çempionatında çıxış edən "Sabunçuspor" klubunun üzvləri olub. Vəfat edən dördüncü futbolçu - Senan Nike də əvvəllər "Sabunçuspor"un futbolçusu olsa da, daha sonra klubdan kənarlaşdırılıb.

Xatırladaq ki, dünən FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda mənzildə 5 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilə pəncərədən daxil olub və kirayədə qalan Kamerun Respublikasının vətəndaşları olan 5 nəfərin cəsədlərini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 19:12-də başa çatıb.