reklam
Pavel Paşayev "Neftçi"də

Pavel Paşayev "Neftçi"də

TARIX /

Milli komandamızın üzvü, Ukraynanın “Stal” klubunun futbolçusu Pavel Paşayev karyerasını yenidən Azərbaycanda davam etdirəcək.

İdmanxeber.com-un məlumatına görə, 28 yaşlı müdafiəçi “Neftçi” futbol klubu ilə razılığa gəlib. P.Paşayev Antalyada təlim-məşq toplanışı keçəcək “ağ-qaralar”a qoşulacaq və paytaxt klubu ilə rəsmi müqavilə imzalayacaq.

Xatırladaq ki, Pavel Paşayev ötən mövsümün sonunda “Qəbələ”dən ayrılaraq Ukraynanın “Stal” klubuna keçmişdi.