reklam

"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mustafa Denizli həyat yoldaşının qardaşı tərəfindən vəhşicəsinə döyülüb.

İdmanxeber.com-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 2010-cu ildən evli olduğu həyat yoldaşı Evin Elçin Denizlini tərk edərək ondan boşanmaq üçün 5 milyon türk lirəsi istəməsi və bunu ona verməcəyini dediyində qayınları tərəfindən saatlarca döyüldüyünü bildirərək məşhur mütəxəssis polis bölməsinə müraciət edib.

Denizli polis bölməsinə ifadə verib:

"Mən ölümcül döyüldüm. Heçbir günahım yoxkən  vəhşicəsinə döyüldüm. Yaşadığım bu olaylardan sonra psixologiyam pozuldu. Aldığım zərbələrdən sonra keçirdiyim qorxunu anlada bilmək belə çətindi. Xahiş edirəm, Evin Elçin və qardaşları cəzalandırılsın".