reklam
"Neftçi"dən növbəti transfer!

"Neftçi"dən növbəti transfer!

TARIX /

"Neftçi" növbətini transferini reallaşdırıb.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, çilili hücumameyilli yarımmüdafiəçi İqnasio Herrera ilə 1 illik müqavilə bağlanıb.

Qeyd edək ki, sonuncu komandası Qazaxıstanın "İrtış” klubu olan 29 yaşlı futbolçu indiyədək Çilinin "Reyncers”, "Huaçipato”, "Maqalyanes”, "Kobreloa”, "Deportes İkike” və İspaniyanın "Real Betis” B klublarında çıxış edib.

Xatırladaq ki, "Neftçi" bundan əvvəl Namiq Ələsgərov və George Navalovskini heyətinə cəlb edib.