reklam
"Kəpəz"in rəqibləri müəyyənləşdi

"Kəpəz"in rəqibləri müəyyənləşdi

TARIX /

Kəpəz”in qış təlim-məşq toplanışı müddətində keçirəcəyi yoxlama oyunlarında rəqibləri müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, iki günə dörd yoxlama matçına çıxacaq “sarı-göylər” Premyer Liqa və 1-ci divizion klubları ilə qarşılaşacaq.

“Kəpəz” yanvarın 17-də saat 11:00-da MOİK, saat 15:00-da AZAL-la görüşəcək.

Yanvarın 19-da Gəncə təmsilçisi günün ilk yarısında (saat 11:00-da) “Qaradağ Lökbatan”la, ikinci yarısında isə (saat 15:00-da) “Zirə”ylə oynayacaq. “Zirə”yə qarşı görüş rəqibin meydanında keçiriləcəksə, digər bütün oyunlar “Dalğa Arena”da reallaşacaq.

Gəncə klubu yoxlama matçlarına iki fərqli heyətlə çıxacaq.