reklam
"Qarabağ"dan rəsmi transfer - FOTO

"Qarabağ"dan rəsmi transfer - FOTO

TARIX /

"Qarabağ" 2016/17-ci illər mövsümünün qış transfer pəncərəsində növbəti transferini gerçəkləşdirib.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, komanda"İnter"dən ayrılan, yığmamızın üzvü Ağabala Ramazanovu heyətinə qatıb. Futbolçuyla 1.5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 24 yaşlı hücumçu daha əvvəl "Neftçi", "Xəzər Lənkəran", "Sumqayıt" və "İnter" klublarının formasını geyinib. 2014-cü ildən milli komandamıza dəvət alan Ağabala Ramazanov 1 qolla yadda qalıb.

Ağabala Ramazanov bu gün komandanın Antalyada baş tutan qış təlim-məşq toplanışına qoşulub.