reklam
<b><font color=blue>Millimizin toplanış üçün heyəti açıqlandı</font></b>

Yanvarın 7-dən 12-dək Bakıda futbol üzrə 19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı olacaq.

İdmanxeber.com-un məlumatına görə, toplanışa Samirə Vəliyeva (“Araz”), Rövşanə Sərdarlı (“Fidan”), Firangiz Teymurova (“Konak Bellediyespor”, Türkiyə), Nino Qurgenidze (“Martve”, Gürcüstan), Cəmilə Hüseynova (“Məşəl”), Zülfiyyə Əliyeva (“Mingəçevir”), Sevinc Fəttazadə, Aygün Qurbanzadə (hər ikisi “Qəbələ”), Ayşən Əhmədova, Arzu Əliyeva, Aliyə Hüseynli, Vüsalə Seyfətdinova (hamısı “Sumqayıt”), Nigar Abdulova, Vüsalə Hacıyeva, Nərmin Həsənova, Həqiqət Qasımova, Aynur Zeynalova (hamısı “Təhsil”) və Leyli Qurbanova (“Zaqatala”) dəvət olunublar.