reklam
Bəhram Bağırzadədən "Neftçi" futbolçularına: "Nə özlərinə hörmət edirlər, nə də valideynlərinə" - VİDEO

"Neftçi"nin Müşahidə Şurasının sabiq üzvü Bəhram Bağırzadə ATV telekanalında yayımlanan "V element" (5-ci element) verilişinin qonağı olub.

İdmanxeber.com-un məlumatına görə, aktyor veriliş zamanı yerli futbolçuları və "Neftçi" klubunu sərt tənqid edib.

"Futbolda bilet 1 manat olsa da, heç kim gəlib oyunlara baxmır. Çünki biz səhnəyə çıxanda canımızı qoyurduq. Bilet alıb gələn tamaşaçının əziyyətinə hörmət edirdik. Amma futbolçular bunu etmir.  Nə özlərinə hörmət edirlər, nə valideynlərinə, nə məhlə uşaqlarına, nə də şəhərlərinə.  Çıxıb deyirlər ki, gəlin 8 dənə vurun gedin. İnanın Allaha ki, əgər mən o vaxt finalda ermənilərə uduzsaydım, atamın, anamın gözünə baxa bilməzdim. Bir söz var, efirdə də deyə bilmirəm, əgər o şey futbolçularımızda olsaydı... Amma  yoxdu. İnanın mənə, əgər  olsaydı, indi futbolumuz da olardı, tamaşaçımız da olardı".