reklam
Valentin Qranatkinin xatirə turnirində iştirak edəcək Azərbaycan yığmasının heyəti müəyyənləşdi

Sankt-Peterburqda keçiriləcək Valentin Qranatkinin xatirə turnirində iştirak edəcək Azərbaycan yığmasının heyəti açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, 1999-cu il təvəllüdlü futbolçulardan ibarət millimizin heyətində 20 futbolçu yer alıb.

Heyətdə Kamran İbrahimov, Rəhman Daşdəmirov, İbrahim Əliyev, Bahadur Həziyev, Pilağa Mehdiyev (hamısı “Neftçi”), Murad Qayalı, Yusif Həsənov, Ricat Qarayev, Ceyhun Muxtarlı, İbrahim Qədirzadə, Rafael Məhərrəmli (hamısı “İnter”), Süleyman Əhmədov (“Sumqayıt”), Murad Popov, Əli Sadıxov, Fərid Nəbiyev (hamısı “Qəbələ”), Hüseyin Seylığlı, Mətin Gülər (hər ikisi “Beşiktaş”, Türkiyə), İsmail Karakaş, Doğukan Öksüz (hər ikisi “Trabzonspor”, Türkiyə) və Barış Ekincier (“Rot-Vayss Essen”, Almaniya) yer alıblar.