reklam
"Neftçi" "Sivasspor"u məğlub edə bilmədi

"Neftçi" "Sivasspor"u məğlub edə bilmədi

TARIX /

Antalyada təlim-məşq toplanışında olan “Neftçi” bu gün ilk yoxlama matçına çıxıb.

İdmanxeber.com-un məlumatına görə, paytaxt klubunun 2017-ci ildəki ilk matçı "Sivasspor"a qarşı olub.

Bakı vaxtı ilə saat 18.00-da başlayan matçda qalib müəyyələşməyib - 0:0.

Sivas klubu qarşılaşmanın 52-ci dəqiqəsində penaltidən yararlana bilməyib.

Qeyd edək ki, "Sivasspor" hazırda turnir cədvəlində 4-cü yeri tutur və superliqaya çıxmaq uğrunda mübarizə aparır

"Sivasspor" - "Neftçi" - 0:0
İstifadə edilməyən penalti: 
"Sivasspor", 51 (Maksim Vaylo)
 
“Neftçi”: 
33.Boban Baykoviç (53. Maksim Vaylo, 46), 14.Kirilo Petrov, 6.Pavel Dreksa, 29.Georgi Navalovski (22. Mahir Şükürov, 46), 27.Məqsəd İsayev, 13.Murad Ağayev, 8.Zdenek Folprext, 19.Fəhmin Muradbəyli, 17.Rəhman Hacıyev (K), 9.Namiq Ələsgərov, 20.Damir Vidoviç (3.Jairo Rodriges, 82).