reklam
"Bu çıxışımızı çempionatda da davam etdirmək istəyirik” - <strong><font color=#ff0000>Elxan Abdullayev</font></strong>

“İlk oyunumuzu keçirdik. Hazırda fiziki hazırlıq üzərində işləyirik. Komanda yaxşı təsir bağışladı”. 

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev klub saytına açıqlamasında deyib.

Antalyada təlim-məşq toplanışı keçən “ağ-qaralar” ilk sınaq matçında “Sivasspor”la heç-heçə oynayıblar.

Abdullayev daha sonra sözlərinə belə davam edib: “Bir neçə futbolçu transfer olunub, onların da çıxışından razı qaldım. Bu oyun bir daha göstərdi ki, seleksiya işimiz düzgün qurulub. Təbii ki, bir oyunla heç nə demək olmaz. Qarşıda yoxlama görüşlərimiz var. Düşünürəm ki, oyundan-oyuna daha yaxşı olacaq və bu çıxışımızı çempionatda da davam etdirmək istəyirik”.