reklam
Kamran Ağayev oynadı, komandası qələbə qazandı (VİDEO)

Portuqaliya çempionatında 16-cı turun oyunları keçirilir.

İdmanxeber.com-un məlumatına görə, millimizin futbolçuları - Kamran Ağayev və Emin Mahmudovun şərəfini qoruduğu "Boavişta" öz meydanında "Setubal"la qarşılaşıb.

Görüş həmyerlilərimizin komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu oyunda Kamran əsas heyətdə meydana çıxıb, Emin isə forma şansı qazanmayıb.

Bu qələbədən sonra “Boavişta” turnir cədvəlində 9-cu pilləyə yüksəlib.


1-0 Fábio Espinho Penalty Goal Portugal... by jason-pitt1