reklam
"Şərurspor"un prezidenti həbs olundu

"Şərurspor"un prezidenti həbs olundu

TARIX /

Azərbaycan I Divizionunda çıxış edən "Şərurspor" klubunun prezidenti Sərdar Bağırov gözaltına alınıb.

İdmanxeber.com-un məlumatına görə, bu haqda "Futbol+" qəzeti xəbər yayıb. Məlumatda qeyd olunub ki, iş adamı vergidən yayınmaqda ittiham olunur.

O, hazırda Kürdəxanı müvəqqəti saxlama təcridxanasındadır. Vəkilləri Bağırovun heç-bir qeyri-qanuni işlə məşğul olmadığı, qanunlar çərçivəsində fəaliyyət göstərdiyi barədə sənədlər hazırlayıb məhkəməyə vermək üzərində çalışırlar.

Günahsızlığını sübuta yetirməyə çalışan klub prezidenti yaxın günlərdə azadlığa buraxıla bilər.