reklam
"Neftçi" Özbəkistan klubu ilə qarşılaşacaq

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Neftçi” növbəti yoxlama oyununu yanvarın 11-də keçirəcək.

İdmanxeber.com-un məlumatına görə, rəqib Özbəkistanın “Nasaf” klubu olacaq. “Bellis Deluxe” otelinin meydançasında baş tutacaq görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Xatırladaq ki, “Neftçi” hazırlıq çərçivəsində keçirdiyi ilk yoxlama oyununda Türkiyənin “Sivasspor” klubu ilə bərabərə qalıb - 0:0.