reklam

Millimiz ilk oyunda məğlub oldu

TARIX /

Bu gün Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 29-cu beynəlxalq turnirdə 19 yaşadək futbolçulardan ibarət milli komandamız ilk matçına çıxıb.

İdmanxeber.com-un məlumatına görə, C qrupunda mübarizə aparan Təbriz Həsənovun komandası Litva ilə üz-üzə gəlib. Yığmamız rəqibinə 1:2 hesabı ilə uduzub.

Qeyd edək ki, qrupumuzdakı digər oyunda Slovakiya və Qazaxıstan milliləri qarşılaşacaq.

Litva – Azərbaycan - 2:1

Qollar: Tadas Paulikas, 44 (1:0), Doğukan Öksüz, 55 (1:1), Edqaras Utkis, 59 (2:1)