reklam
"Şəmkir"də hərəkətli günlər: Biri rəsmi, digəri yolda...

Birinci divizionda mübarizə aparan "Şəmkir" heyətini gücləndirməkdə davam edir.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, "qırmızı-ağlar" "qış çempionu" "Turan Tovuz"un heyətində top qovan Əlimirzə Daşhəzirini heyətinə qatıb. Futbolçuyla 2 illik müqavilə imzalanıb.

"Şəmkir" bundan başqa MOİK-də çıxış edən Qərib İbrahimovu da heyətinə qatmağı planlaşdırır.

Qeyd edək ki, bu "Şəmkir"in qış transfer dönəmində heyətinə qatdığı 7-ci futbolçudu.