reklam
Azərbaycan - Almaniya matçının biletləri satışda

Azərbaycan millisinin 2018-ci il dünya çempionatının seçmə mərhələsində keçirəcəyi növbəti oyunun biletləri satışa çıxarılıb.

İdmanxeber.com-un məlumatına görə, martın 26-da oynanılacaq Almaniya ilə qarşılaşmanın biletləri bu gündən etibarən onlayn satışdadır.

Bundestimlə matçı izləmək istəyənlərə 7 kateqoriyalı biletlər təklif olunur. Bundan başqa, 2, 5, 9, 14, 19 və 20 manatlıq biletlər də satışa çıxarılıb. VİP sektora olan biletlərin qiyməti isə, 50 manat olacaq. Kassalarda satışa isə fevralın 1-dən start veriləcək.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan–Almaniya oyunu saat 20:00-da başlayacaq.