reklam

İsveç millisinin hücumçusu Zlatan İbrahimoviç ölkənin yungül atletika üzrə yığmasının baş məşqçisi Ulf Karlssona qarşı qaldırdığı məhkəmə prosesində qalib gəlib.

İdmanxeber.com-un məlumatına görə, bunun üçün mütəxəssis oyunçuya 24 min İsveç kronu (2650 dollar) ödəməli olacaq. Məhkəmə belə qənaətə gəlib ki, Karlsson İbrahimoviçi dopinqdən istifadədə birbaşa ittiham etməyib. Lakin onun müəyyən kontekstdə açıqlamaları böhtan sayıla bilər.

Qeyd edək ki, ötən il aprelin 7-də Ulf Karlsson 35 yaşlı hücumçunun İtaliyanın “Yuventus” klubunda çıxış etdiyi vaxt (2004-2006-cı illər) qısa müddətdə əzələ kütləsini 10 kiloqram artırdığını açıqlayıb. Bu isə Karlssonun fikrincə, qadağan olunmuş preparatlarsız mümkün deyil.