reklam
"Qəbələ"nin üzvü Rusiyada qalib oldu

"Qəbələ"nin üzvü Rusiyada qalib oldu

TARIX /

Rusiyanın Volqoqrad şəhərində SSRİ-nin idman ustası Roman Subbotinin xatirəsinə həsr olunan ənənəvi boks turniri keçirilib.

İdmanxeber.com-un məlumatına görə, 2003-2004-cü il təvəllüdlü yeniyetmələrin mübarizəsində “Qəbələ” İdman Klubu da təmsil olunub. Qəbələ rayon bölməsinin təmsilçisi Nurlan Qasımov turnirdə uğurla çıxış edib. Dzaxlı kəndinin məktəblisi Volqoqradda keçirdiyi hər üç döyüşdə qalib gəlib. 59 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz turnirin qalibi adına layiq görülüb.