reklam

"Portu"nun satmaq istədiyi futbolçusu Adrian Lopez karyerasını "Qalatasaray"da davam etdirə bilər.

İdmanxeber.com-un məlumatına görə, tərəflər arasında ilkin razılıq artıq əldə olunub. İstanbul təmsilçisi futbolçu ilə 3 illik müqavilə imzalayacaq. Lopez "aslanlar"dan illik 2 milyon avro qazanacaq.

"Portu" klubu futbolçunu 3 milyon avroya satmaq niyyətindədir. Lakin "Qalatasaray" 2.5 milyon avro ödəməyə hazır olduğunu bildirib. Məlumata görə, tərəflər arasında ikinci dəfə keçiriləcək görüşdə müqavilənin imzalanacağı gözlənilir.

Qeyd edək ki, 29 yaşlı ispaniyalı hücumçu 2014-cü ildə "Atletiko"dan 11 milyon avro qarşılığında "Portu"ya transfer edilib. O, cari mövsüm iştirak etdiyi 9 matçda qol vurmağı bacarmayıb.