reklam
Türkiyə klubundan Reynaldo ilə bağlı rəsmi açıqlama

"Qarabağ" klubunun futbolçusu Reynaldonun Türkiyənin "Genclerbirliyi" komandasına keçidi gündəmdə deyi.

İdmanxeber.com-un məlumatına görə, bu barədə "Report"a Ankara təmsilçisinin peşəkar işlər üzrə meneceri Sinan Temel məlumat verib.

O, bildirib ki, çalışdığı klub 27 yaşlı hücumçu ilə maraqlanmır: "Reynaldonun "Genclerbirliyi"nə transferi ilə bağlı yayılan məlumatlar doğru deyil. Bu gün üçün belə bir mövzu yoxdur və sabah da olmayacaq".

Qeyd edək ki, son günlər braziliyalı Reynaldonun "Genclerbirliyi"nə icarəyə veriləcəyi ilə bağlı məlumatlar dərc olunub.