Messinin heykəlini sındırdılar

Oxunma: 848 TARIX /

"Barselona"nın futbolçusu Lionel Messinin ölkəsi Argentinanın paytaxtı Buenos Ayresdəki heykəlini qırıblar.

İdmanxeber.com-un məlumatına görə, bu, FİFA-nın təşkil etdiyi ilin ən yaxşı oyunçusunun adının açıqlamasından sonra baş verib.

Heykəli sındıran şəxslərin kimliyi bəlli deyil.

Qeyd edək ki, Messinin Cənubi Amerika Kubokunun finalında Çiliyə məğlubiyyətdən sonra milli karyerasını bitirdiyini açıqlaması yerli federasiyanı narahat etmişdi. Şəhər rəhbərliyi  onu fikrindən daşındırmaq üçün heykəlini ucaltmışdı.