reklam
Bundesliqada ilk yarının ən yaxşı oyunçusu müəyyənləşdi

Almaniya bundesliqasında 2016/2017 mövsümünün ilk yarısının ən yaxşı futbolçusu müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, bundesliqada oynayan 238 futbolçu arasında keçirilən sorğunun nəticələrinə əsasən, Dortmund "Borussiya"sının qabonlu hücumçusu Pyer-Emerik Obameyanq mövsümün ilk yarısının ən yaxşı oyunçusu seçilib. O, səslərin 33.6 faizini toplayıb.

İkinci yerə 23.1 faiz səslə "Leyptsiq"in futbolçusu Emil Forberg layiq görülüb. "Bavariya"nın futbolçusu Robert Levandovski isə 14.3 faiz səslə 3-cü olub..