reklam
Prosineçki "Feyenoord"un futbolçusunu izləyəcək

Azərbaycan futbol millisi türkiyəli oyunçu Ozan Kökçüyü heyətinə qatmaq niyyətindədir.

“Feyenoord”un U-19 komandasında oynayan Ozan Kökçü Azərbaycanda U-21 komandasına çağırılıb.

Bildirilir ki, Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki futbolçunu izləmək üçün yanvarın 13-də Türkiyəyə gələcək. Xorvat mütəxəssis Antalyada təlim-məşq toplanışında olan U-21 millimizin yoxlama matçlarında 18 yaşlı yarımmüdafiəçinin oyununa baxacaq. Bu barədə qardaş ölkə mətbuatı məlumat yayıb.