reklam
"Neftçi"nin futbolçusu "Səbail"də

"Neftçi"nin futbolçusu "Səbail"də

TARIX /

Azərbaycan I divizionunda mübarizə aparan "Səbail" qış transfer dövründə daha iki futbolçunu heyətinə cəlb edib.

İdmanxeber.com-un klubun rəsmi “Facebook” səhifəsinə istinadən yaydığı xəbərə görə, paytaxt klubu "Neftçi"nin müdafiəçisi Orxan Qurbanlını icarəyə götürüb. 21 yaşlı futbolçu mövsümün sonuna qədər "Səbail"də çıxış edəcək.

Bundan başqa, 27 yaşlı yarımmüdafiəçi Mirzağa Hüseynpurla 1 illik müqavilə imzalanıb.