reklam
Ruslan Tağızadə: "Məqsədimiz Premyer Liqaya vəsiqə qazanmaqdı"

"Səbail"in qış transfer dövründəki yeni transferlərindən olan Ruslan Tagizade klubun rəsmi "facebook" səhifəsinə komandaya keçidi ilə bağlı açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, bu gün ağ-göy formayla keçirdiyi ilk oyununda  - MOİK-ə qarşı yoldaşlıq görüşündə klubdakı qol hesabını açan 23 yaşlı yarımmüdafiəçi bunları deyib:

"Səbail" gələcək üçün hədəfləri olan klubdu. Birinci dövrənin sonuna yaxın klub mənə təklif göndərdi, mən də razılaşdım. "Səbail"də komandanın uğurlu çıxışı üçün rəhbərlik tərəfindən hər cür şərait yaradılıb. Yanvarın 14-də toplanışın davamı üçün Antalyaya yola düşəcəyik. Məqsədimiz yaxşı hazırlıq keçmək və çempion olub, Premyer Liqaya vəsiqə qazanmaqdı. İnanıram ki, mən də bu çempionluq yolunda komandaya öz oyunumla töhvə verə biləcəm".