reklam
"Qəbələ", "İnter" və "Sumqayıt" Türkiyəyə eyni təyyarə ilə getdi

Türkiyədə yaranan əlverişsiz hava şəraiti ucbatından qardaş ölkəyə yollana bilməyən “Qəbələ”, “Sumqayıt”, “İnter” bu gün təlim-məşq toplanışlarını keçirəcəkləri Antalyaya yollanıblar.

İdmanxeber.com-un məlumatına görə, hər üç komanda Heydər Əliyev adına Beynəlxalq Hava Limanından eyni təyyarə ilə birbaşa paytaxtdan Antalyaya gediblər.