reklam
Azərbaycanlı futbolçu Yunanıstan klubu ilə müqavilə imzaladı

"Sumqayıt"ın futbolçusu Amit QuluzadəYunanıstan klubu ilə müqaviləni rəsmiləşdirib.

İdmanxeber.com-un məlumatına görə, bu haqda futbolçu özü məlumat verib.

23 yaşlı yarımmüdafiəçi yüksək liqada yarışan, hazırda turnir cədvəlində 13-cü pilləni tutan AEL Larissa klubu ilə 2.5 illik müqavilə imzalayıb.

Bu barədə futbolçu şəxsi "facebook" səhifəsində məlumat verib. O, bu transferin gerçəkləşməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib:

"Bu transferin gerçəkləşməsində əməyi olan hər kəsə, xüsusilə "Sumqayıt" klubuna, klubun prezidenti Kamran Quliyevə, menecer Ceyhun Sultanova, baş məşqçi Samir Abasova və menecerimə təşəkkürümü bildirirəm".