reklam
İniesta "Real" futbolçularından üzr istədi

"Barselona"nın kapitanı Andres İnyesta "Real" futbolçularından üzr istəyib. İdmanxeber.com-un məlumatına görə, buna səbəb onun komanda yoldaşlarının FİFA-nın qala gecəsinə qatılmamasıdır.

32 yaşlı xavbek Madrid klubunun futbolçuları ilə telefon söhbətində qərarın futbolçulardan deyil, rəhbərlikdən aslı olduğunu bildirib.

Xatırladaq ki, "Barselona" deleqasiyasına klub prezidenti Jozep Bartomeu rəhbərlik edirdi. Qala gecəyə isə futbolçular qatılmamışdılar.

Klub belə bir addımın "Atletik"lə kubok qarşılaşmasına yaxşı hazırlaşmaqla izah etmişdi.