reklam
"Real" Pepeni buraxmağa razıdır

"Real" Pepeni buraxmağa razıdır

TARIX /

"Real" yayda müqaviləsi sona çatdıqdan sonra Pepeni buraxmağa razılıq verib.

İdmanxeber.com-un məlumatına görə, klubla futbolçu arasında gözəl münasibətlərin olmasına baxmayaraq tərəflər yeni müqavilə ilə bağlı razılığa gələ bilməyib.

Portuqaliyalı futbolçu 2 illik sözləşmə istəsə də, "Real" yalnız 1 illiyə razı olub.

Beləliklə, Pepe elə indidən istənilən klubla danışıqlara başlaya bilər. Futbolçu ilə Çinin bir neçə komandası maraqlanır.

Xatırladaq ki, Pepenin "Real"da məvacibi 5,5 milyon avrodur.