reklam
Təbriz Həsənov: "Müdafiə xəttində bir qədər çatışmazlıq var"

FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə  həsr olunmuş 29-cu beynəlxalq turnirin oyunları davam edir.

İdmanxeber.comç-un məlumatına görə, U-19  millimiz bu gün turnirin ikinci oyununda Qazaxıstan millisi ilə bərabərə qalıb - 2:2.

4 qolun vurulduğu qarılaşmadan sonra yığmamızın baş məşqçisi Təbriz Həsənov oyunu şərh edib:

“Maraqlı oyun oldu. Birinci oyunumuzda olduğu kimi, xeyli qol epizodu yaratdıq. Təəssüf ki, yalnız 2 qol vura bildik. Müdafiə xəttində bir qədər çatışmazlıq var. Ümumilikdə bu oyunlar, bu turnir bizim üçün çox əhəmiyyətlidir. Səhvlərmizdən nəticə çıxarmalı, növbəti qarşılaşmalarda əvvəlki oyunlarla müqayisədə daha yaxşı futbol nümayiş etdirməliyik”.