reklam

"Qəbələ"nin futbolçusu Filip Ozobiç Xorvatiya millisnin heyətində debüt edib.

Idmanxeber.com-un məlumatına görə, o, Çində təşkil edilən "China Cup 2017" turniri çərçivəsində Xorvatiya millisinin heyətində Çili ilə qarşılaşmada debüt edib. 25 yaşlı yarımmüdafiəçi bu görüşə start heyətdə başlayıb və 56 dəqiqə mübarizə aparıb. Ozobiç görüşün 53-cü dəqiqəsində sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, qarşılaşma 1 - 1 hesablı bərabərliklə başa çatıb. Penaltilər seriasında daha dəqiq olan Çili (4:1) sevinən tərəf olub.