reklam
Millimizin üzvü Türkiyə klubundan ayrılır

Milli komandamızın və "Kayserispor"un üzvü Ufuk Budak klubunu dəyişə bilər.

İdmanxeber.com-un məlumatına görə, Ufukun xidmətində I liqanın liderlərindən biri olan "Yeni Malatyaspor" klubu maraqlıdır. "Kayserispor"la 2018-ci ilin yayına qədər müqaviləsi olan sol cinah müdafiəçisinin Malatya təmsilçisinə icarə əsasında keçəcəyi gözlənilir.

Qeyd edək ki, "Yeni Malatyaspor" I liqanın ilk dövrəsini lider "Göztəpə"dən 1 xal geridə başa vurub.