reklam

"Mançester Yunayted" belçikalı futbolçusu Maruan Fellaini ilə müqavilənin yenilənməsi barəsində danışıqlara başlayıb.

İdmanxeber.com-un məlumatına görə, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Məlumata görə, 2013-cü ildə futbolçu ilə "4+1" sxemi üzrə müqavilə imzalayan "qırmızı şeytanlar" belçikalı ilə yeni müqavilə imzalamaq istəyir. Yanvar ayında İtaliya və Çin klubları ilə danışıqlar aparan futbolçu "Mançester Yunayted"lə müqavilə imzalamağa razı olub. Onunla 2018-ci ilin yayına qədər müqavilə imzalanacaq.

Xatırladaq ki, futbolçu "Mançester Yunayted"də həftəlik 120 min funt sterlinq maaş alacaq.