"Kəpəz" toplanışın əsas hissəsinə start verdi

Oxunma: 386 TARIX /

Yanvarın 11-dən Bakıda qış hazırlığı üçün bir araya gələn “Kəpəz” dəniz kənarında iki günlük məşqlərdən sonra bu gün toplanışın əsas hissəsinə start verib.

İdmanxeber.com-un məlumatın görə, komanda Mərdəkan qəsəbəsindəki AFFA Futbol Mərkəzinin ərazisində inşa edilmiş Milli Komandaların Təlim-Məşq Bazasında qalır.

“Sarı-göylər” burada 8 günlük təlim-məşq toplanışında olacaq. Futbolçular bu müddət ərzində saat 11:00 və 16:00-da olmaqla gündə iki dəfə məşqə çıxacaq. Gəncə klubu toplanış dövründə 4 yoxlama matçı da keçirəcək.