Paraqvaylı futbolçu "Neftçi"də

Oxunma: 633 TARIX /

Türkiyənin Antalya şəhərində qış təlimlərini davam etdirən “Neftçi”nin düşərgəsinə baxışa yeni futboçu cəlb edilib.

İdmanxeber.com-un məlumatına görəə, Paraqvay əsilli hücumçu Ramon İdalesio Kardozo komanda ilə birgə məşqlərdə iştirak edir. Onun son yoxlama oyununda iştirakı gözlənilir.

Qeyd edək ki, 31 yaşlı hücumçu karyerası ərzində Paraqvayın “Takuaru”, “Serro Porteno”, “Nasional”, “Deportivo Kapiata”, Portuqaliyanın “Penafiel”, “Vitoria Setubal”, “Moreirense” və Perunun “Leon Huanuco” kimi klubların şərəfini qoruyub