"Neftçi" yenə qələbəyə həsrət qaldı (YENİLƏNİB)

Oxunma: 730 TARIX /

Antalyada təlim-məşq toplanışında olan “Neftçi” bu gün növbəti yoxlama oyununu keçirib.

İdmanxeber.com-un məlumatına görə, paytaxt klubu Rusiyanın “Tosno” klubu ilə qarşılaşıb.

"Bellis Deluxe” otelinin meydançasında baş tutacan görüş Bakı vaxtı ilə saat 18:00-da başlayıb.

4 qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib - 2:2.

Paytaxt klubunun heyətində Ramon Kardozo və Murad Ağayev fərqlənib.

Xatırladaq ki, "Neftçi" bu oyuna kimi 3 sınaq matçı keçirib. "Ağ-qaralar" “Sivasspor”la heç-heçə (0:0) edib, Özbəkistanın “Nasaf” (0:1) və Albaniyanın “Kukesi” (2:4) klubuna isə məğlub olub.  

Yoxlama oyunu

17 yanvar

18:00. "Neftçi" - "Tosno" 2:2