"Neftçi" paraqvaylı futbolçunu göndərdi

Oxunma: 672 TARIX /

Antalyada hazırlığı başa vurmuş “Neftçi” klubu düşərgəsində baxışda olan paraqvaylı hücumçu Ramon Kardozo ilə bağlı qərar verib.

İdmanxeber.com-un məlumatına görə, komanda futbolçu ilə müqavilə imzalamayıb. Məlumata görə, 30 yaşlı hücumçu artıq komandanın düşərgəsini tərk edib.

Xatırladaq ki, bir neçə gün öncə Paraqvay mətbuatı futolçunun "Neftçi" ilə müqavilə imzaladığı barədə məlumat yaymışdı.